Rusiyanın bölgələri hücuma məruz qalıb...

Rusiyanın bölgələri hücuma məruz qalıb...

...Ukrayna pilotsuz təyyarələri yenidən Rusiya bölgələrinə hücum edib. Müdafiə Nazirliyinin məlumatına görə, dünən gecə iki pilotsuz təyyarə Kursk və Belqorod vilayətlərində, daha biri isə Azov dənizi üzərində məhv edilib.

SİA rus saytlarına istinadən xəbər verir ki, Belqorod vilayətində vilayət qubernatoru Vyaçeslav Qladkovun sözlərinə görə, bir neçə hava hədəfi vurulub.

Nəticədə altı ev, beş avtomobil və bir elektrik xətti zədələnib. Bir gün əvvəl Belqorod yaxınlığında iki “Toçka-U” raketi və yeddi pilotsuz təyyarə ələ keçirilib.

Bildirilib ki, iyunun 2-nə keçən gecə bölgədə 6 dəfə raket təhlükəsi elan edilib. Eyni zamanda, bir gün əvvəl Kursk vilayətində kamikadze pilotsuz təyyarə Quevo kəndinə hücum edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə