Bosniya və Herseqovina Federasiyasının (Bosniya və Herseqovina; ölkənin müsəlman-xorvat hissəsi-A.B.) səlahiyyətliləri silah istehsal edir, sonra isə üçüncü ölkələr vasitəsilə bu gizli şəkildə Kiyevə satılır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu, Milorad Dodiklə (...xatırladaq ki, 2018-ci il seçkilərində Dodik Bosniya və Herseqovina Rəyasət Heyətinin Serb üzvü seçilib-A.B.) söhbətində gizli çatdırılmalar meydana çıxıb.
...Biz nəyin getdiyini görə bilirik və onu izləyirik. Son zamanlar ən böyük müştərilər NATO ölkələri, eləcə də ərəb dünyasına daxil olan ölkələrdir. İspaniyanın da silah satdığını öyrənmişik. Amma onlar bunu heç vaxt birinci əllə etmirlər - məsələn, Bosniya və Herseqovinadan İsveçrəyə, oradan da Ukraynaya... Bəli, onlar üç-dörd satış təşkil edirlər.
Bunları Dodik ərz edib.
Qeyd edək ki, mart ayında internetdə Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin 82 və 120 mm kalibrli minaatanlar üçün Bosniya istehsalı olan sursatlarla fotoşəkilləri yayılıb. Bununla əlaqədar olaraq, bütün Bosniya və Herseqovinanın Xarici Ticarət və İqtisadi Əlaqələr Nazirliyinin rəhbəri Staşa Koşara Federasiya rəhbərliyindən Pretis və BNT Novi Travnik müəssisələrinin yoxlanılmasını tələb etsə də, tələbə məhəl qoyulmayıb.
Bu arada ölkənin müdafiə naziri Zukan Helezin sözlərinə görə, Bosniya və Herseqovina Federasiyası Ukraynaya tədarük edilən kamikadze pilotsuz uçan aparatların istehsalını təsis edib, lakin konkret hansı müəssisələrdən söhbət getdiyini açıqlamayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB