İtaliyanın Friuli Venesiya Giulia regionunda hökm sürən əlverişsiz hava şəraiti bir sıra fəsadlar törədib. SİA xəbər verir ki, aramsız yağan leysan yağışları kiçik çayları məcrasından çıxarıb, sel və daşqınlara səbəb olub. Bəzi evləri su basıb, magistral yollar və küçələr su altında qalıb.
Natisone çayının daşması nəticəsində üç yeniyetmə itkin düşüb. Aparılan axtarış-xilasetmə əməliyyatına helikopterlər, mülki-müdafiə briqadalarının qayıqları və dalğıclar cəlb edilib.
Bölgədə hökm sürən əlverişsiz hava şəraiti axtarış-xilasetmə əməliyyatlarına mane olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB