Tunisdə baş verən yol qəzasında 4 nəfər ölüb, 19 nəfər yaralanıb

Tunisdə baş verən yol qəzasında 4 nəfər ölüb, 19 nəfər yaralanıb

Tunisin Cənub-Qərbindəki Qafsa əyalətində baş verən yol qəzası nəticəsində Cənub-Şərqi Afrika ölkələrindən olan 4 immiqrant ölüb, 19 nəfər yaralanıb. SİA “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli mətbuat bildirib.

İyirmi dörd nəfər qeyri-qanuni immiqrantı daşıyan yük maşını Cənub-Qərbdəki Qafsa əyaləti ilə Qərbdəki Kasserine əyalətini birləşdirən əsas yolda aşıb. Nəticədə 4 nəfər ölüb. Yaralılar Qafsadakı Hüseyn Bouziane Regional Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, bu ilin 5 ayında Tunisdə 1571 yol qəzası baş verib, nəticədə 376 nəfər ölüb, 2204 nəfər xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə