...Dolqoprudnıda miqrant iki dəfə eyni qızı izləyib və zorlamağa cəhd edib. Hər iki halda rusiyalı qız manyakla mübarizə apara bilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hazırda şübhəli şəxs saxlanılıb.
İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti xəbər verir ki, ilk hücum 2024-cü ilin mayında Dolqoprudnı şəhərində yaşayış binasının yaxınlığında törədilib. Müəyyən edilib ki, təcavüzkar 17 yaşlı qızın izinə düşüb və ona qarşı zor tətbiq edərək onu zorlamağa cəhd edib. Lakin zərərçəkmiş fəal müqavimət göstərərək qaçıb. Bir müddət sonra zorlayan qıza yenidən hücum etmək istəyib, xoşbəxtlikdən o, yenidən qaça bilib.
İstintaq Komitəsi, hazırda saxlanılan şəxsin müstəntiqlər tərəfindən dindirildiyini deyirlər.
Əli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB