...Bu gün baş verənlər yalançı Paşinyanın qorxu və sarsıntısının nəticəsidir.
...Sizin ləyaqətiniz və şərəfiniz yoxdur, amma bizdə var.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu Baqrat Srbazan Müqəddəs Anna kilsəsinin həyətində Xarici İşlər Nazirliyinin binası yaxınlığında etirazçılara polisin kobud güc tətbiq etməsi ilə bağlı deyib.
Baqrat daha sonra deyib ki, dövlət məmurlarının çölə çıxıb insanların gözlərinə baxmağa cəsarəti çatmır. Bunun əvəzinə onlar özlərini polis qüvvələri ilə qorumaq, hətta insanları münaqişəyə cəlb etmək istəyirlər.
...O kimdir ki, tək başına yuxarıda oturaraq insanları münaqişəyə sürükləsin? O kimdir, buna necə icazə vermək olar? Bu gün baş verənlər ifrat təxribatdır.
Hüquqlarımızı müdafiə etdik və sona qədər də müdafiə edəcəyik.
Ölkəmizdə həqiqətə gedən yolda qətiyyən heç bir maneə ola bilməz.
Bunları deyən Baqrat Srbazan daha sonra Nikol Paşinyanı yaxın dostu Ararat Mirzoyanı xarici işlər naziri postundan uzaqlaşdırmasını onun“dostuna xəyanət” kimi dəyərləndirib.
Və erməni polislərinə sabah Nikolun onlara da xəyanət edəcəyini xatırladıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB