Pakistanın təhlükəsizlik qüvvələri cümə axşamı gecə saatlarında ölkənin şimal-qərbindəki Pişəvər rayonunda keçirilən əməliyyatda iki terrorçunu öldürüb, daha ikisini isə yaralayıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Pakistan Ordusunun ictimaiyyətlə əlaqələr bölməsindən bildirilir.
Açıqlamada qeyd olunub ki, öldürülən və yaralanan yaraqlılar təhlükəsizlik qüvvələrinə qarşı çoxsaylı terror fəaliyyətlərində və günahsız mülki şəxslərin qətlində iştirak ediblər.
Əməliyyat nəticəsində zərərsizləşdirilən terrorçulardan xeyli silah-sursat götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB