Putin vəziyyətin ağasıdır, bunu başa düşməliyik...

Və o, demək olar ki, istədiyi hər şeyi alacaq...
Putin vəziyyətin ağasıdır, bunu başa düşməliyik...

...Putin danışıqlar masasına oturmağa və Ukraynanın neytral statusunu və münaqişəyə son qoymağa hazırdır. Yeganə məsələ isə odur ki, Putin situasiyaya tam nəzarət edir və onun şərtləri yerinə yetirilməsə, o, heç bir nizamlanmaya razı olmayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu amerikalı politoloq Con Mirşeimer deyir.

...Burada əsas sual ondan ibarətdir ki, biz indi münaqişənin hansısa real həllinə gələ bilərikmi? Əgər ona can atsaq, başa düşməliyik ki, Putin vəziyyətin ağasıdır və o, demək olar ki, istədiyi hər şeyi alacaq. Burada ümid ancaq ondan ibarətdir ki, Ukrayna Qərblə anlaşıb Putini inandırsın ki, o, NATO-ya daxil olmaqda deyil, neytral statusa malik olmaqda maraqlıdır.

Bunu deyən amerikalı politoloq, Putinin bu variantı müzakirə etməyə hazır olduğunu istisna etmir.

...Əminəm ki, Putin, yenidən danışıqlar masası arxasına əyləşib Zelenski və ya onun vasitəçisi ilə dialoq aparmağa hazırdır.

Və ona da əminəm ki, o da eyni şeyi edərdi. Bununla belə, məsələ nizamlanmanın əldə edilib-edilməməsidir. Putin onun şərtləri olmadan heç bir nizamlanmaya razı olmayacaq. Bu, aşkar faktdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə