İyunun əvvəlində Ukraynaya yardım üçün hərbi koalisiya yaradılacaq..?
...Fransa prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsi üçün koalisiyanın yaradılması ilə bağlı danışıqlar aparır.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, o, bunu iyunun 6-da Müttəfiqlərin Normandiyaya enişi münasibətilə keçiriləcək mərasimdə elan edə bilər.
Fransa prezidenti ilə əlaqəli mənbə bildirib ki, plan ilk növbədə təşəbbüsə məhdud sayda personalın, ardınca isə potensial olaraq yüzlərlə insanı əhatə edən daha böyük qrupun cəlb edilməsidir.
Litva və Estoniya da daxil olmaqla Baltik regionundan olan NATO üzvləri artıq Ukrayna Silahlı Qüvvələrinə kömək üçün təlimatçılar göndərməyə hazır olduqlarını bildiriblər.
Baş nazir İnqrida Simonyte nəşrə müsahibəsində deyib: ...Lazım olarsa, Litva buna hazır olan ölkələrlə əməkdaşlıq edərək onları Ukraynada öyrədə bilər.
Qeyd edək ki, bunu Litvanın baş nazir İnqrida Simonyte Bloomberg-ə müsahibəsində deyib.
...Bundan əvvəl Estoniyanın müdafiə naziri də həmən nəşrə hökumətinin belə bir variantı müzakirə etməyə açıq olduğunu təsdiqləyib.
...Bəzi NATO ölkələri artıq “pərdə arxasında” Ukrayna ordusuna Qərb texnikasını idarə etməkdə kömək etmək üçün məsləhətçilər və təlimatçılar göndərib.
Bloomberg-də dərc edilən məqalədə qeyd olunur ki, daha koordinasiyalı personal qruplarının göndərilməsi hərbi alyans müttəfiqləri tərəfindən əhəmiyyətli addım olardı.
...Ukrayna tərəfdarları “ehtiyatlı davranırlar” və Rusiya ilə NATO arasında qarşıdurmanın qarşısını almaq üçün birbaşa müdaxilədən çəkinirlər. Buna görə də, Ukrayna ərazisində təlim keçirmək istəyən istənilən müttəfiq koalisiyası alyansın digər səylərindən ayrı həyata keçiriləcəkş
Bloomberg belə hesab edir..?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB