Jurnalist Vladimir Pozner RBC-yə müsahibəsində, onun teleaparıcı İvan Urqantla xaricdə çıxışlarının siyasətlə əlaqəsinin olmadığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bir gün əvvəl Hollandiya parlamentində rusiyalı aparıcılar hökumətyönlü ideyaları təbliğ etməkdə ittiham olunublar.
...İndiyə qədər tamaşalar böyük uğurla keçirilir. Bizim çıxışlarımız İvanla mənim çəkdiyimiz səyahət filmlərinə aiddir və siyasətə aidiyyəti yoxdur.
Pozner bildirib bunu.
Jurnalistin sözlərinə görə, mayın 28-i və 30-da o, Urqantla Sürix və Amsterdamda ictimai çıxışlar ediblər, Almaniyada görüşlər nəzərdə tutulub.
Eyni zamanda, teleaparıcılar nə qonaqlar, nə də məmurlar tərəfindən heç bir problem və ya şikayətlə qarşılaşmayıblar.
Teleaparıcının sözlərinə görə, Hollandiya parlamentinin üzvləri Urqantla başqa ölkəyə getdikdən sonra bəzi açıqlamalar verə bilərdilər. Amma Poznerin özü ona ünvanlanan tənqidlərlə bağlı heç nə eşitməyib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB