...Birləşmiş Ştatlar Ukrayna böhranı ilə əlaqəsi olduğu iddia edilən Çin şirkətlərinə heç bir fərq qoymadan birtərəfli sanksiyalar tətbiq etməyi dayandırmalıdır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Çinin xarici işlər nazirinin müavini Ma Çjaosyu Vaşinqtonda dövlət katibinin birinci müavini Kurt Kempbell ilə görüşündə deyib.
...Çin Birləşmiş Ştatlardan tələb edir ki, Çini ləkələməyi və ona təzyiq göstərməyi dayandırsın, Çin şirkətlərinə özbaşına birtərəfli sanksiyalar tətbiq etməyi dayandırsın və Ukrayna böhranının həllində konstruktiv rol oynasın.
Ma Çjaosyu bunu Çin Xarici İşlər Nazirliyinin saytında bildirib.
O əlavə edib ki, Çin ABŞ-ın yalanlar yaymasına və Ukrayna böhranında Çini günahlandırmasına qətiyyətlə qarşıdır.
Xatırladaq ki, aprelin 26-da dövlət katibi Antoni Blinken, Çinin Rusiya müdafiə sənayesi üçün “kritik komponentlərin bir nömrəli tədarükçüsü” olduğunu demişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB