Rusiyanın Birinci Kanalı 2,5 milyon dram (təxminən 6,5 min dollar) məbləğində borcunu tam ödəyib və Ermənistanda yayımını bərpa edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “İnterfaks” Respublikanın yüksək texnoloji sənaye naziri Mxitar Ayrapetyana istinadən xəbər yayıb.
Rəsminin sözlərinə görə, Ermənistan hökuməti maliyyə borcuna görə telekanalı efirdən çıxarmağa məcbur olub. Bununla belə, indi borc ödənilib, ona görə də yayım bərpa olunub.
Bunu deyən erməni nazir bir qədər əvvəl bildirmişdi ki, İrəvan Rusiya kanallarının yayımı məsələsi ilə bağlı Rusiyaya cavab hazırlayır.
Ayrapetyan vurğulayıb ki, erməni tərəfinin Rusiya televiziyasına qadağa qoymaq məqsədi yoxdur, lakin televiziya kanalları Ermənistanın daxili işlərinə qarışmamalıdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB