Rusiya prezidenti Vladimir Putin Belaruslu həmkarı ilə telefonla danışıb və iyulun 3-də Belarus Respublikasının faşistlərdən azad edilməsinin 80 illiyi şərəfinə keçiriləcək təntənəli tədbirləri müzakirə ediblər.
İki ölkə liderləri Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçiriləcək gələcək sammiti ilə bağlı da fikir mübadiləsi aparıblar.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidmətindən bildirilib.
Beləliklə, iyulun 3-də Belarus Müstəqillik Gününü qeyd edəcək və Minskin mərkəzində təntənəli paradın keçiriləcəyi gözlənilir.
...Bu arada Belarus Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq üçün lazımi sənədlərin hazırlanmasını başa çatdırdığı da vurğulanır.
Minksin təşkilata üzvlüyü iyulun 4-də Astanada keçiriləcək növbəti sammitdə rəsmiləşdiriləcək. Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatına Rusiya Federasiyası, Hindistan, Çin, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Özbəkistan və İran daxildirlər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB