Hakan Fidan hollandiyalı hәmkarı ilә görüşüb

Hakan Fidan hollandiyalı hәmkarı ilә görüşüb

Türkiyәnin xarici işlәr naziri Hakan Fidan Hollandiya xarici işlәr naziri Hanke Bruins Slotla görüşüb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyә Xarici İşlәr Nazirliyinin rәsmi ‘’X’’ internet sәhifәsindә edilәn paylaşımda nazir Hakan Fidanın Çexiyanın paytaxtı Praqada baş tutan NATO-ya üzv ölkәlәrin xarici işlәr nazirlәrinin toplantısı çәrçivәsindә keçirdiyi görüşlәrlә bağlı mәlumat verilib.

Paylaşımda nazir Hakan Fidanın Hollandiya xarici işlәr naziri Hanke Bruins Slotla bir araya gәldiyi bildirilib.

Xatırladaq ki, Hakan Fidan dünәn Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi Entoni Blinkenlә görüşmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə