Husilər Qırmızı dənizdə ABŞ-ın təyyarə gəmisinə hücum ediblər

Bu, Amerika-Britaniya təcavüzünə cavabdır...
Husilər Qırmızı dənizdə ABŞ-ın təyyarə gəmisinə hücum ediblər

...Yəmən husiləri Qırmızı dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Dwight Eisenhower" təyyarədaşıyan gəmisinə hücum etdiklərini açıqlayıblar.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, husilərin hərbi sözçüsü Yəhya Sariya bildirib ki, bu, ABŞ-İngiltərənin Yəmənə qarşı təcavüzünə və “Fələstin xalqına edilən zülmə” cavabdır.

Husilərin raket və dəniz qüvvələri bir neçə qanadlı eləcə də ballistik raketlərdən istifadə ediblər.

...Vuruş Allaha şükür birbaşa və dəqiq oldu.

Saria bunu Telegram kanalında deyib.

Qeyd edək ki, ABŞ-da təyyarədaşıyan gəmiyə hücumla bağlı hələlik məlumat verilməyib.

Xatırladaq ki, mart ayında husilər ABŞ təyyarədaşıyan gəmisində zəif yer tapdıqlarını bildirmişdilər.

Məlum olub ki, gəminin hava hücumundan müdafiə sistemi qırıcı havaya qalxan və ya yerə enən an tamamilə söndürülür.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə