Amerikaya köçən rusiyalı aktyor Aleksey Panin (Rusiya Federasiyası ərazisində xarici agent kimi tanınıb, Rosfinmonitorinqin terrorçu və ekstremistləri siyahısına daxil edilib-A.B.) terrorçular siyahısına salınmasından narazılığını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə “Shpak News” YouTube kanalına müsahibəsində bildirib.
...Mən dərhal mövqeyimi açıq şəkildə ifadə etdim və bir çox ukraynalı mənimlə əlaqə saxladı ki, sosial şəbəkələrimdə pul yığmaq barədə məlumat yerləşdirim. Mən birbaşa özüm pul yığmamışam, sadəcə məlumat yerləşdirmişəm.
Bunu Panin paylaşıb.
Bundan əlavə, Panin bildirib ki, Ukrayna ordusu üçün vəsait toplamaq üçün linkləri dərc etməklə yanaşı, Mariupol dram teatrında baş verən hadisələrlə bağlı saxta məlumatlar yayıb. O əlavə edib ki, “Əl-Qaidə”nin (Rusiya Federasiyasında fəaliyyəti qadağan edilmiş terror təşkilatı-A.B.) lideri Usamə bin Laden və İraqın keçmiş prezidenti Səddam Hüseyn kimi şəxsləri həmişə terrorçu hesab edib.
...Yeri gəlmişkən, bir müddət bundan əvvəl teleaparıcı Vladimir Solovyov, Paninin həyat yoldaşı adı altında Fransa prezidenti Emmanuel Makronla yaşadığını bildirmişdi.
...Deyirsən yəni, kor kora kor deməsə..?
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB