İstilərə görə, iş saatları azaldılacaq, bizdə yox ey...

İstilərə görə, iş saatları azaldılacaq, bizdə yox ey...

Rusiyada həddindən artıq istilər zamanı iş saatları azaldıla bilər. Müvafiq qanun layihəsinin baxılmaq üçün Dövlət Dumasına təqdim edilməsi planlaşdırılır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə təşəbbüsün müəllifi, spikerin müavini Boris Çernışov RİA Novosti ilə söhbətində danışıb.

Deputat qeyd edib ki, Rospotrebnadzor artıq oxşar təkliflər verib, lakin onlar yalnız məsləhət xarakteri daşıyır. İndi işəgötürənin üzərinə məsuliyyət qoymaq üçün məsələ qanunla təsbit edilə bilər.

...Araşdırmalara görə, işəgötürənlərin yarıdan çoxu bu tövsiyələrə əməl etmir. Biz onların məcburi olmasını təklif edirik.

Bunu təşəbbüsün müəllifi Boris Çernışov bildirib.

Sənədə əsasən, ofisdə 28,5 dərəcə istilikdə iş gününü bir saat, 29 dərəcə istilikdə isə iki saat qısaltmaq olar.

Termometr 30,5 dərəcəyə çatarsa, iş günü dörd saat qısalacaq. Rusiya Federasiyasının Əmək Məcəlləsinin 92-ci maddəsinə dəyişikliklərin ediləcəyi gözlənilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə