Rusiya hökuməti elektron siqaret satışını qadağan edən qanun layihəsinin konsepsiyasını yekunlaşdırmağı tövsiyə edib. Müvafiq nəticə Nazirlər Kabinetinin LDPR, Şimal-Qərb Respublika Partiyası, Rusiya Federasiyası Kommunist Partiyası və “Yeni İnsanlar”dan olan Dövlət Dumasının deputatlarının təşəbbüsünü öyrəndikdən sonra ortaya çıxıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, təşəbbüs qrupuna Rusiya parlamentinin sosial siyasət üzrə sədri Yaroslav Nilov rəhbərlik edir.
Qeyd edək ki, hökumət tərkibində nikotin olan mayelərin ticarətinə mümkün qadağanın Avrasiya İqtisadi İttifaqı ölkələri ilə iqtisadi əlaqələri çətinləşdirəcəyi vurğulayır. Nazirlər Kabineti izah etdi ki, qadağa Avrasiya İqtisadi İttifaqında qeyri-qanuni elektron siqaret bazarının çiçəklənməsinə səbəb olacaq.
Həmçinin tütün məmulatlarının satışının Birlik ölkələri ilə beynəlxalq müqavilələr çərçivəsində birgə tənzimlənməsini xatırladıblar.
Rus deputatların fikrincə, bu məhsullar siqaretə alternativ olmadığı üçün elektron siqaretlərə qadağa qoyulmalıdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB