Şimali Atlantika Alyansı Ukraynanın ehtiyacları üçün hər il 40 milyard avro ayırmalı və bu mexanizm məcburiləşdirilməlidir.
SİA-nın əldə etdiyi məlumata görə, bu təşəbbüslə cümə günü, mayın 31-də NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.
O, Kiyevə silah tədarükünün maliyyələşdirilməsinin proqnozlaşdırılmasını təmin etmək üçün bu xərcləri NATO-ya üzv ölkələr arasında bölüşdürməyi təklif edib.
Siyasətçi həmçinin bildirib ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri NATO-nun Ukraynaya hərbi təchizat sahəsində əlaqələndirici rolun verilməsi ilə bağlı hələlik razılığa gəlməyiblər.
...Hə, bunu artıq rusların RİA Novosti-si xəbər verir.
Qeyd edək ki, NATO-da Ukraynaya dəstək verməklə bağlı müxtəlif fikirlər səsləndirilir.
Deyim ki, bunu bir müddət əvvəl Çexiyanın xarici işlər naziri Yan Lipavski etiraf edib.
Ona görə də bu gün Stoltenberqin təşəbbüslərinə çox şübhə ilə yanaşan ölkələr var.
...Və bu arada Almaniya kansleri Olaf Şolz Almaniyanın Ukraynaya kömək etməkdə imkanlarının son həddinə çatdığını bildirib. O, artıq dəfələrlə səsləndirilən mövqeyi də təsdiqləyib, buna görə Berlin vəziyyəti daha da gərginləşdirməmək üçün Kiyevə uzaqmənzilli “Taurus” raketləri verməkdən imtina edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB