Rusiyanın Ukraynaya hücumlarını dayandırmağı hədəfləyirik - XİN rəhbəri
Almaniyanın xarici işlər naziri Annalena Baerbok Rusiyanın Ukraynaya qarşı beynəlxalq hüquqa zidd hücumlarını dayandırmağı hədəflədiklərini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Baerbok Çexiyanın paytaxtı Praqada davam edən NATO Xarici İşlər Nazirlərinin qeyri-rəsmi toplantısı öncəsi mətbuata açıqlama verib. Xarici işlər naziri Baerbok məqsədlərinin Rusiyanın Ukraynaya qarşı beynəlxalq hüququ pozan hücumlarını dayandırmaq olduğunu bildirib. Rusiyanın müharibəni Avropaya qaytardığını və təhlükəsizlik vəziyyətinin dramatik şəkildə dəyişdiyini ifadə edən Baerbok, NATO-nun əhəmiyyəti ilə bağlı bunları deyib: “Biz sülh şəraitində çətinlikləri müzakirə edə biləcəyimiz yerlərin olmasının nə qədər vacib olduğunu gördük”.
Rusiya prezidenti Vladimir Putinin təkcə Ukrayna xalqına deyil, Ukrayna sərhəddində də vəhşicəsinə hücumunu davam etdirdiyinin göründüyünü ifadə edən Baerbok fikirlərinə əlavə edib: "NATO sərhədində Avropa İttifaqı dəfələrlə (Rusiya tərəfindən) təxribata məruz qalır. Bu səbəbdən təhlükəsizlik məsələsi xüsusilə Şərqi Avropa, Baltik və Şimali Avropa tərəfdaşlarımız üçün bu qədər mərkəzidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB