Tramvaya atəş açıblar...

Sankt-Peterburqda Obuxovskaya Oboronı prospektində naməlum şəxs tramvaya atəş açıb.

SİA-nın əldə etdiyi məlumata görə, “Fontanka” bu barədə xəbəri hadisə şahidlərinə və “Qorelektrotrans”a istinadən yayıb.

Atəş nəticəsində ölən və yaralananların olmadığı deyilir. Atışmaya görə ictimai nəqliyyat dayanıb. Güllələr qapının şüşəsinə dəyib.

Hadisə yerinə polis gəlib. Hadisə şahidlərinin sözlərinə görə, tramvay 24 saylı marşrut xətti ilə hərəkət edib.

Hadisədən sonra qatar stansiyaya qayıdıb.

...Nəqliyyat normaldır. Sürücü nə baş verdiyini görməyib. Bunu “Qorelektrotrans” “Fontanka”ya bildirib.

...Qeyd edək ki, bundan əvvəl Sankt-Peterburqda Nevski prospektində iki qəza baş verib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə