...Bundan sonra Moldova vətəndaşlığı almaq elə də əlçatan olmayacaq.
Belə ki, ölkə parlamenti müvafiq qanuna dəyişiklikləri birinci oxunuşda təsdiqləyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti yayıb.
Qeyd olunur ki, yeniliklər ictimai asayişin pozulması risklərinin azaldılması və dövlət təhlükəsizliyinin zəifliklərinin aradan qaldırılmasına yönəlib.
Qanun layihəsinin müəllifləri bildirirlər ki, son illərdə Moldova vətəndaşlığına tələb artıb.
...Xüsusilə Rusiya və Ukraynadan olanlar Moldova vətəndaşlığı almaq üçün tez-tez müraciət edirlər.
...Və ona görə də respublika proseduru sərtləşdirib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB