Almaniya Ukraynaya yeni yardım paketi təqdim edəcək...

Almaniya Ukraynaya yeni yardım paketi təqdim edəcək...

Almaniyanın müdafiə naziri Boris Pistorius Odessaya səfəri zamanı Ukraynaya 500 milyon avro məbləğində əlavə hərbi yardım paketinin ayrıldığını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə EFE agentliyi xəbər verir.

Almaniya Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, Kiyev IRIS-T hava hücumundan müdafiə sistemi üçün raketlər, hücum və kəşfiyyat pilotsuz təyyarələri, həmçinin artilleriya üçün ehtiyat hissələri eləcə də “Leopard” tankları üçün mühərriklər alacaq.

Qeyd edək ki, bundan əvvəl Estoniya prezidenti Alar Karis dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsinə icazə verən qanunu imzalayıb. Ölkə hökuməti hesab edir ki, Kiyev son nəticədə təxminən 40 milyon avro ala biləcək.

...Və ABŞ prezidenti Cozef Bayden administrasiyası, “Washington Post” qəzetinin yazdığına görə, Kiyevə NATO silahları ilə birbaşa Rusiya ərazisində yerləşən hərbi obyektlərə zərbələr endirmək imkanını ciddi şəkildə nəzərdən keçirir.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinə Rusiya daxilində hədəflərə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməyə icazə verilməsi çağırışı artıq Danimarka, Polşa, İsveç, Finlandiya, Baltikyanı ölkələr və Hollandiya da daxil olmaqla 12 ölkə tərəfindən dəstəklənib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə