Rusiya prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Rusiya Federasiyası ilə ABŞ arasında humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi Stiven Siqalı “Dostluq” ordeni ilə təltif edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Kremlin mətbuat xidməti yayıb.
Qeyd edilir ki, dövlət başçısı müvafiq sərəncamı ötən ilin payızında imzalayıb.
Siqal bu ordeni Putindən “beynəlxalq mədəni və humanitar əməkdaşlığın inkişafına verdiyi böyük töhfəyə görə” alıb.
Xatırladaq ki, Stiven Siqal məşhur Amerika aktyorudur. Aykido, karate və digər döyüş növlərinin ustasıdır.
2016-cı ildə amerikalı Rusiya pasportu alıb. Onun sözlərinə görə, buryat kökləri var. 2018-ci ildə o, Xarici İşlər Nazirliyinin Rusiya və ABŞ arasında humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi vəzifəsini tutub.
2016-cı ildən aktyorun Serbiya pasportu da var.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB