Hərbi pensiyalar oktyabrın 1-dən indeksləşdiriləcək

Hərbi pensiyalar oktyabrın 1-dən indeksləşdiriləcək

...Rusiyada hərbi pensiyaçıların pensiyaları indeksləşdiriləcək. Bu, oktyabrın 1-dən baş verəcək.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Anton Siluanov hökumətin iclasında danışıb. ...Deməli, sosial ödənişlər 5,1 faiz artacaq. Qurum rəsmisinin sözlərinə görə, bu, inflyasiya proqnozunun dəqiqləşdirilməsi ilə bağlıdır.

Qeyd edək ki, bundan əvvəl pensiyaların 4,5 faiz artırılması nəzərdə tutulurdu.

Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Federal Penitensiar Xidmətin, Fövqəladə Hallar Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşlarının pensiyalarının artırılması ilə bağlı qanun layihəsi ötən il noyabrın ortalarında qəbul edilib.

2022-ci ildə hərbi təqaüdçülərin pensiyaları ümumilikdə 19,5 faiz, 2023-cü il oktyabrın 1-dən isə daha 10,5 faiz artıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə