Ukraynalılar Belqorodda sərnişin “Qazel”inə hücum ediblər...

Bir nəfər ölüb, 12 nəfər yaralanıb...
Ukraynalılar Belqorodda sərnişin “Qazel”inə hücum ediblər...

Belqorod vilayətində "Qazel" mikroavtobusuna kamikadze pilotsuz təyyarə hücum edib. Mikroavtobus kənd təsərrüfatı holdinqlərindən birinin işçilərini növbədən sonra aparırmış.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında yazıb.

Hadisə rayonun Zozuli kəndində baş verib. Sürücü sərnişinləri xilas etmək üçün ən yaxın sığınacaqda dayanıb. Amma "Qazel"dəkilər gizlənməyə imkan tapmayıblar.

...Və hücum nəticəsində bir mülki şəxs həlak olub, daha 12 nəfər yaralanıb.

Qurbanlar arasında dörd qadın da var. Bundan əlavə, pilotsuz təyyarənin özü yaşayış binasının üzərinə düşüb və partlayıb. Dam örtüyü zədələnib. Xoşbəxtlikdən evdə heç kim xəsarət almayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə