Rusiya tədbirə dəvətli deyil...

Rusiya tədbirə dəvətli deyil...

Rusiya nümayəndə heyəti 1944-cü il iyunun 6-da Müttəfiqlərin Normandiyaya enişinin 80-ci ildönümünün qeyd edilməsinə dəvət edilməyəcək. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə adının açıqlanmasını istəməyən iki yüksək səviyyəli avropalı diplomat Reuters agentliyinə bildirib.

Onların fikrincə, Rusiyanın Ukraynada işğalçılıq müharibəsi aparması səbəbindən rusların olması arzuolunmazdır. Bundan əvvəl, aprel ayında anım tədbirinin təşkilatçıları bildirmişdilər ki, Rusiya prezidenti Vladimir Putinin iştirakı arzuolunmazdır, lakin Rusiyanın bəzi nümayəndələri İkinci Dünya Müharibəsində qələbəyə Sovet töhfəsini qeyd etmək və həlak olanların xatirəsini ehtiramla yad etmək üçün sovet əsgərləri dəvət oluna bilərlər.

Ancaq indi mənbələr bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Cozef Baydenin qatılacağı mərasimə Rusiya rəsmilərinin qatılması mümkün deyil.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə