Gəzintiyə çıxan uşaqlar göldə qadın meyiti tapıblar...

Gəzintiyə çıxan uşaqlar göldə qadın meyiti tapıblar...

...Moskva ətrafında gəzintiyə çıxan uşaqlar təsadüfən Bolşoy Qolovinski gölündə orta yaşlı qadının cəsədini aşkar ediblər. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri SHOT Telegram kanalı yayıb.

Uşaqlar mərhumu sahilə çıxarmağa çalışıblar. Meyitin bədəni artıq mavi imiş.

Boğulan qadının təxminən 45 yaşında olduğu görünür. Məlum olub ki, meyit 3-cü Lixaçevski zolağından bir qədər aralıda qayıq stansiyasının yaxınlığında tapılıb.

Hadisə yerinə təcili xidmət və polis gəlib. Ölən şəxsin şəxsiyyəti müəyyənləşdirilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə