Ukrayna gözlədiyindən tamamilə fərqli bir şey alacaq

Avropa İttifaqı və ABŞ Kiyevə silah tədarükünün artırılması ilə bağlı razılığa gələ bilmirlər

...Antoni Blinken əvvəlcə ikitərəfli formatda, sonra isə bütün NATO ölkələrindən olan həmkarları ilə görüşdə Ukraynaya gələcək dəstəyi müzakirə etmək üçün Praqaya uçub.

Rus sytlarının yazdığına görə, guya bu, Dövlət Departamentinin quru rəsmi ifadəsidir.

Belə ki, dövlət katibi Praqaya, sadəcə olaraq yanğınları söndürməyə gəlib. Çünki Kiyevə bir milyona yaxın mərmi yığacağını vəd edən Çexiyanın “mərmi təşəbbüsü”...iflasa uğrayıb.

...Rusiya öz ordusunu təmin etməkdə Qərb paytaxtlarını qabaqlayırsa, Ukrayna üçün Afrika və Asiyada alınan mərmilərin yarısı çox keyfiyyətsizdir. Belə ki, onları əlavə emal və təmir etmədən istifadə etmək sadəcə təhlükəlidir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu “Financial Times” yazır.

... Kiyev yayda yalnız "on minlərlə" sursat alacaq ki, bu da iki həftə ərzində tükənib gedəcək.

Əslində mərmi aclığı Kiyevdə yeganə problem deyil.

Bu arada CNN-in çəkiliş qrupu ukraynalı əsgərlərin Amerikanın “Abrams” tankları ilə bağlı şikayətlərini dinləyib. Deyirlər ki, tank dinamik qorunmadan gəlir və buna görə də bir neçə gün ərzində məhv edilir.

…Yeni hava hücumundan müdafiə sistemlərinin təchizatında da problem var. “Financial Times”a görə, NATO ölkələrinin öz səmalarını qorumaq üçün lazım olan qurğuların sayının cəmi 5 faizi qalıb.

Kiyev üçün ümumiyyətlə vaxt yoxdur.

…Görünür, Zelenski başa düşür ki, Ukraynanın vaxtı tükənir, Ukrayna ordusu Qərbdən yardımın gəlməsini gözləmək məcburiyyətində qalarkən, Rusiya keyfiyyət və texnologiya baxımından Qərbin silahlarını istehsal etmək imkanlarını artırır, həm də kəmiyyət baxımından onları xeyli üstələyir. Bunu da “Financial Times” yazır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə