Rәcәb Tayyib Әrdoğan G7 sammitinә qatılacaq

Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğan iyunun 13-15 tarixlәrindә İtaliyada keçirilәcәk G7-yә üzv ölkәlәrin sammitinә qatılacaq. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Rәcәb Tayyib Әrdoğan dünәn İtaliya Baş naziri Corcia Meloni ilә apardığı telefon danışığı zamanı G7 sammitinә qatılacağını bildirib.

Xatırladaq ki, telefon danışığı zamanı ikitәrәfli münasibәtlәr, İsrailin Fәlәstinә hücumları, regional vә qlobal proseslәr müzakirә edilib.

İtaliya Nazirlәr Kabinetindәn telefon danışığı ilә bağlı verilәn bәyanatda Corcia Meloninin İtaliyanın Apuliya bölgәsindә keçirilәcәk G7 sammitinә qatılacağını bildirәn Türkiyә Prezidenti Rәcәb Tayyib Әrdoğana tәşәkkür etdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə