Dünya bir vulkanın kənarında rəqs edir...

Sarkozi Avropanı Ukraynadakı münaqişənin gərginləşməsinə qarşı xəbərdar edib

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi Avropanı Ukraynada münaqişənin gərginləşməsinə qarşı xəbərdar edib və ölkəsi ilə Rusiya arasında açıq qarşıdurmanı təsəvvür edə bilmədiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini TASS sitat gətirir.

Sarkozi hazırda Avropada, o cümlədən Fransada müzakirə olunan hərbi personalın Ukraynaya göndərilməsi ilə bağlı şübhələrini bildirib.

...Lev Tolstoy və Onore de Balzakın ölkəsinin müharibəyə gedəcəyini ağlıma belə gətirə bilmirəm. Bunun nəticələrini düşünən varmı?

Bunu eks-prezident deyib və sülh yolu ilə nizamlanma yollarını təcili axtarmağa çağırıb.

Onun fikrincə, əgər siz birinin diz çökəcəyini gözləyirsinizsə, o zaman dramatik nəticələrə hazırlaşmalısınız.

...Dünya bir vulkanın kənarında rəqs edir.

Bunu deyən Sarkozi hesab edir ki, Avropa kontingent üzrə müstəqil siyasət yürütməyə diqqət yetirməlidir. O, həmçinin Ukraynanın NATO və Avropa İttifaqına daxil olmasına qarşı çıxıb, lakin Kiyevin təhlükəsizlik zəmanəti ala biləcəyini etiraf edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə