70 yaşlı anasını öldürən 41 yaşlı rus tutulub...

...İvanqorodda küçədə qan içində qeyri-adekvat birini saxlayıblar. SİA-nın əldə etdiyi məlumata görə, Leninqrad vilayətinin sakini öz anasını qətlə yetirməkdə şübhəli bilinir.

Deməli, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, hadisə Leninqrad vilayətinin Kinqisepp rayonunun İvanqorod şəhərindəki Tekstilşçikov küçəsində baş verib. Polisə 7 saylı evin yaxınlığından küçəyə qanlar içində çıxan kişi barədə məlumat daxil olub.

Hadisə yerinə gələn polis şübhəli şəxsi binanın mənzillərindən birində aşkar edib.

Onun 41 yaşlı yerli sakin olduğu məlum olub.

Yerli sakinin 70 yaşlı anasının meyiti isə dəhlizdə döşəmədə tapılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qadının bədənində bıçaq yaralarını qeydə alıblar. Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.

Cinayətin bütün səbəbləri və şəraiti müəyyən edilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə