Finlandiya qaçqınları Albaniya və Mərakeşə qovmağı təklif edir

Finlandiyanın baş naziri Petteri Orpo qaçqın miqrantların Albaniya və Mərakeşə göndərilməsini təklif edib. Finlandiyalı siyasətçi bu ölkələri sığınacaq istəyənlər üçün təhlükəsiz adlandırıb.

...İnsan Avropaya gedərkən başqa ölkədən keçəndə qaçaqmalçılarla birlikdə Aralıq dənizi vasitəsilə həyatı üçün təhlükə yaradan səyahətə çıxır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu MTV3-də yayımlanan Avropa Parlamenti seçkiləri öncəsi debat zamanı Orpo deyib.

TASS xəbər verir ki, Finlandiyanın baş naziri sığınacaq axtaranların ölkədən çıxarılacağı ölkələrlə əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarı olduğunu bildirib.

Bu yolla həmin ölkələrin sığınacaq prosesini həyata keçirə bilib-bilməyəcəyini öyrənmək nəzərdə tutulur.

...Yeri gəlmişkən, Helsinkidə miqrantların Ruandaya göndərilməsi ilə bağlı Britaniyada apreldə qəbul edilmiş qanun müzakirə olunur.

Müzakirənin moderatoru Orpodan Finlandiyanın sığınacaq prosedurunun Avropa İttifaqı üzvü olmayan bir dövlətə köçürülməsi imkanını qiymətləndirməyi xahiş edib.

Xatırladaq ki, bu yaxınlarda Finlandiya parlamentinə Rusiya Federasiyası ilə sərhədin açılmasına icazə verən qanun layihəsi təqdim edilmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə