Lukaşenko Ukraynanın cavabından qorxur...

Rusiyada yanan neft emalı zavodlarının xəritəsinə baxan Lukaşenko Ukrayna ilə sərhəddən cəmi 40 kilometr aralıda, Mozırda iki neft emalı zavodundan birinin olduğunu nəzərə almaya bilmir

...Putin Lukaşenkonu Ukraynaya qarşı müharibədə daha fəal iştirak etməyə məcbur etmək istəyir..?

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Polşanın məşhur “Rzeczpospolita” nəşrinin məqaləsində deyilir ...Belarusun çox inkişaf etmiş hava hücumundan müdafiə sistemi var və mən istisna etmirəm ki, Putin yaxınlıqdakı Bryansk və Kursk vilayətlərinə dəstək vermək üçün Minskin dəstəyinə ehtiyac duyur. Çünki Rusiyanın hava hücumundan müdafiəsi dəliklərlə doludur.

Bunu Polşa nəşrinə Kiyevdəki Razumkov Mərkəzindən beynəlxalq təhlükəsizlik üzrə ukraynalı ekspert Aleksey Melnik bildirib.

Qeyd edilməlidir ki, Lukaşenko artıq bir dəfə Ukraynaya xəyanət edib və artıq ona heç kim inanmır.

Buna görə də Ukrayna ordusunun ciddi qüvvələri Belarusla sərhədə yerləşdirilib, müdafiə istehkamları tikilib.

…2022-ci ildə ruslar Belarus ərazisinə daxil olub, oradan Ukraynaya raket zərbələri endirəndə, Kiyev Lukaşenko rejiminə zərbə endirməmək üçün siyasi qərar verdi. Əslində bu ona ordusunun bu müharibədə iştirak səbəbi verməmək üçün edildi. Amma iki illik müharibədən sonra bu dəfə Kiyevin cavabı tamam fərqli ola bilərdi.

...Ukraynanın döyüş pilotsuz təyyarələri Rusiyanın dərinliklərində bir çox neft emalı zavodlarına çatıb. Və bu yaxınlarda onlar Orskda yerləşən Rusiyanın "Voronej M" uzaqmənzilli RLS-ə hücum etdilər. Qeyd edək ki, bu, Ukrayna-Rusiya sərhədindən 1800 kilometrdən çox məsafədədir. Əslində Ukraynalıların hücum etdikləri təkcə "Voronej M" deyil və burada Rusiya ərazisində hücuma məruz qalan başqa mühüm obyektləri də göstərmək olar.

Amma, bilirsiniz bunu niyə deyirəm...?

...Təbii ki, Rusiyada yanan neft emalı zavodlarının xəritəsinə baxan Lukaşenko Ukrayna ilə sərhəddən cəmi 40 kilometr aralıda, Mozırda onun belarusları yanacaqla təmin edən iki neft emalı zavodundan birinin olduğunu nəzərə almaya bilmir. Bundan əlavə, Belarusun müdafiə sənayesinin əksər müəssisələri Kiyevin malik olduğu Ukrayna pilotsuz təyyarələri və raketlərinin sırasına daxil olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə