Rusiyada aliment borcu olanların reyestri yaradılacaq...

…Rusiyada aliment borcu olanların açıq reyestri yaradılacaq. SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti xəbər verir ki, müvafiq qanunu Rusiya prezidenti Vladimir Putin imzalayıb.

Keçən ilin payızında Rusiya hakimiyyəti aşağı palataya aliment borcu olan şəxslərin xüsusi reyestrinin yaradılması haqqında qanun layihəsi təqdim edib.

Belə ki, bu da azyaşlı uşaqların saxlanması üçün vəsaitin ödənilməməsinə görə inzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər haqqında məlumatın olmasını nəzərdə tutur.

Qeyd edək ki, sənəd ölkədə icra vərəqələrinin məcburi icrasının təmin edilməsi üçün səmərəli hüquqi mexanizm yaratmaq və aliment ödəməyən şəxslərə hüquqi təsirin səmərəliliyini artırmaq məqsədilə hazırlanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə