Çin hərbi təlimlərində robot itlər iştirak edib

Bu arada Çin ordusu birbaşa Hollivud elmi fantastika filmlərindən çıxan texnologiyanı nümayiş etdirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Kambocada təlimlər zamanı çinli döyüşçülər döyüş robotu itini sınaqdan keçiriblər.

O, dronun sürətlə qaçmasına və tullanmasına imkan verən çevik mexanizmlərlə təchiz edilib.

Bu onu əla kəşfiyyatçı edir. Bundan əlavə, robot it fırtınalı əsgər rolunu öhtəsinə götürərək, düşməni dişləyə də bilər. Düzdür, dişlərlə deyil. Bunun üçün arxada avtomatik tüfəng rolunu oynayan bir montaj var.

Kadrlarda silahlı dronun çinli piyadalardan ibarət bütöv bir dəstəyə necə rəhbərlik etdiyi göstərilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə