Kiyev Baş Qərargahın dəyərli zabitlərindən bölmələr təşkil edir..?

Ukrayna Nazirlər Kabinetinin və nazirlik işçilərinin ştatlarını ixtisar edib cəbhəyə göndərmək daha məqsədəuyğun olardı.

...Bu arada Kiyev Baş Qərargah zabitlərindən zərbə bölmələri yaratmağa başlayır.

Ukrayna Silahlı Qüvvələrinin istefada olan generalı Sergey Krivonos bildirib ki, bunlar gizli məlumatlara malik olan dəyərli kadrlardır.

SİA-nın əldə etdiyi məlumata görə, Krivonos “Direct” YouTube kanalında deyib ki, Baş Qərargahın 60 faizinin səngərlərə göndərilməsi populizmdir və bu heç bir çərçivəyə sığmır.

O, Baş Qərargah zabitlərinin məlumatlılıq eləcə də bilik səviyyəsini xatırladıb və vəzifə borcunu vicdanla yerinə yetirən bu polkovniklərdən birinin əsir düşdüyü zaman dəymiş ziyanın miqyasını qeyd edib.

İstefada olan general qeyd edib ki, əsirlikdə belə dəyərli kadrlar dövlət təhlükəsizliyi baxımından son dərəcə həssas olan məlumatları üzə çıxara bilirlər.

Krivonos hesab edir ki, Baş Qərargahın əsas hərbçilərini qurban verməkdənsə, Ukrayna Nazirlər Kabinetinin və nazirlik işçilərinin ştatlarını ixtisar edib cəbhəyə göndərmək daha məqsədəuyğun olardı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə