Ukraynalı Qətərə mamont dişi göndərməyə çalışıb

Ukraynalı qaçaqmalçılıq yolu ilə Qətərə mamont dişini keçirməyə cəhd edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Kiyev gömrüyü sosial media hesabında məlumat yayıb. Həmin şəxs bağlamanı poçt şöbəsində təhvil verib və inventarda içərisində 50 dollar dəyərində metal məmulat olduğunu göstərib.

Gömrükçülər yoxlama zamanı bağlamanın içərisində qeyri-bərabər formalı blokun olduğunu müəyyən ediblər.

Əşya ekspertizaya göndərilib. Məlum olub ki, bu, mamontun alt çənəsindən olan dişdir.

Mütəxəssislər tapıntının son Pleystosen dövrünə aid olduğunu irəli sürüblər.

Nümunə mədəni dəyər kimi tanınıb. Nəticədə o, müsadirə olunub. Bağlama göndərən şəxsə qarşı protokol tərtib edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə