İstanbulun fəthinin 571-ci ildönümü

Osmanlı İmperiyası əsil inkişaf və güclənməsini Bizans torpaqlarını fəth edərək təmin etmişdir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Həm Anadoluda həm Rumelində həyata keçirilən fəthlər nəticəsində Bizans sadəcə İstanbuldan ibarət bir şəhər dövlətinə çevrildi.

1453-cü ilə gəlib çatdıqda Osmanlı padşahı Sultan Mehmet İstanbulun hakimiyyətinin Bizans əlində olmasının Osmanlı dövlətinin təhlükəsizliyinə ciddi təhdid kimi görərək böyük bir ordu ilə İstanbulu mühasirəyə aldı. Uzun müddət davam edən mühasirədə Osmanlı ordusunun istifadə etdiyi texnologiya və toplar 29 may 1453-cü il tarixində İstanbulun fəth edilməsinə imkan yaratdı.

İstanbul Osmanlıların paytaxtı oldu.

Dünya tarixi dəyişərkən Orta əsr bitdi, Yəni Çağ başladı. Şəhərin fəth edilməsi dünya tarixinə dərin təsir edərək, qərbdə islahatlar aparılmasına və intibah dövrünün başlanmasına səbəb oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə