Ərdoğan və Corcia Meloni Fələstin məsələsini müzakirə ediblər

Ərdoğan və Corcia Meloni Fələstin məsələsini müzakirə ediblər

Türkiyә Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın baş naziri Corcia Meloni ilə telefon әlaqәsi saxlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyә Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsindәn verilәn mәlumata görә, görüşdə Türkiyə ilə İtaliya arasındakı əlaqələr, İsrailin Fələstin torpaqlarında törətdiyi qətliamlar, regional və qlobal məsələlər müzakirə edilib.

Prezident Ərdoğan söhbәt zamanı İsrailin Fələstinə qarşı vəhşi hücumlarını dayandırmaq və İsrail rəhbərliyini beynəlxalq hüquqa riayət etməyə məcbur etmək üçün təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb.

Rәcәb Tayyib Ərdoğan bildirib ki, Qəzzada dərhal davamlı atəşkəs təmin edilməli, әsirlәr azad edilmәli vә Qәzzaya humanitar yardımlar fasilәsiz çatdırılmalıdır.

Prezident Rәcәb Tayyib Ərdoğan hәmçinin İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşündə İtaliyanın da İspaniya, İrlandiya və Norveç kimi tarixin doğru tərəfində olmasını, Fələstin dövlətini tanımasını və ədalətli mövqe nümayiş etdirmәsini arzuladığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə