Rusiyada hesab açmadan köçürmələr 100 min rublla məhdudlaşdırılır?

Limit - 100 min rubl!

Bank hesabı açmadan fiziki şəxslər üçün pul köçürmələrinin maksimum birdəfəlik məbləği 100 min rublla məhdudlaşır. SİA-nın əldə etdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin imzaladığı müvafiq qanun rəsmi hüquqi informasiya portalında dərc olunub.

Qanun rəsmi dərc edildiyi gündən 365 gün sonra qüvvəyə minir. Bu müddət ərzində kredit təşkilatları identifikasiya proseslərini, daxili prosedurları və daxili nəzarət qaydalarını yenidən qura biləcəklər.

Qanunun hazırlanmasının məqsədinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərini azaltmaq olduğu izah edilir.

Bu cür risklər fiziki şəxslər üçün maksimum köçürmə məbləğinin olmaması və sadələşdirilmiş identifikasiyadan istifadə ilə bağlıdır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə