Lukaşenko niyə məzuniyyətsiz işlədiyini izah edib...

Lukaşenko niyə məzuniyyətsiz işlədiyini izah edib...

Bu arada Belarus prezidenti az müddət də olsa, postunu tərk edə bilməyəcəyini deyib.

...Belarus lideri Aleksandr Lukaşenko çərşənbə günü, mayın 29-da deyib ki, səlahiyyətlərini müvəqqəti verə biləcəyi vitse-prezidentin müavini olmadığı üçün məzuniyyətə gedə bilməz.

Lakin Belarus prezidentinin dediyi kimi yeganə səbəb bu deyil.

…Özünü kənd adamı adlandıran və hətta uşaqlıqda belə “kanikul”a, çimərlikdə uzanıb Günəş altında qaralmağı belə təsəvvür edə bilmədiyini söyləyib.

…Bu mənim işim deyil-deyən, Lukaşenko həmçinin, məzuniyyəti vəziyyətin, şəraitin, həyat tərzinin dəyişməsi” kimi qəbul etdiyini bildirib.

…Rusiya lideri Vladimir Putin də gərgin iş qrafiki ilə işləyir və özünə yalnız arabir istirahət günləri verir. Yeni il bayramları ilə bağlı planlarını bölüşən dövlət başçısı Yeni ili yaxınları ilə bir stəkan şampan şərabı ilə qarşılayacağını, qış bayramını birlikdə qeyd edəcəyi insanlar üçün xoş bir iş görməyə çalışacağını qeyd edib.

Kreml qeyd edib ki, Putin, bir qayda olaraq, “bəzi hallarda, həftə sonlarından istifadə edərək,.. yayda istirahət edir”. Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, “onun belə məzuniyyətləri yoxdur”.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə