Qərbin sanksiyalarına baxmayaraq, Rusiya taxılına tələbat var. Bu arada Hindistan digər ölkələrdən, ilk növbədə Rusiyadan buğda idxalını bərpa etmək imkanını nəzərdən keçirir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çərşənbə günü, mayın 29-da məlumatlı mənbələr bildirib.
“The Economic Times” yazır ki, Yeni Dehli buğda idxalında altı illik fasilədən sonra bu imkanı araşdırır.
Nəşrin həmsöhbətləri qeyd edirlər ki, bu, azalan taxıl ehtiyatlarının artırılması və məhsul çatışmazlığı səbəbindən buğdanın qiymətinin sabitləşdirilməsi zərurəti ilə diktə olunur.
Bundan əvvəl Beynəlxalq Taxıl Şurası cari kənd təsərrüfatı mövsümünün sonunda Rusiyadan buğda ixracı proqnozunu 1 milyon ton artıraraq rekord həddə - 53,1 milyon tona çatdırıb. Bunun sayəsində Rusiya ilk dəfə olaraq dünya taxıl bazarının 25,8 faizini tutacaq.
Bununla belə, Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut bildirib ki, departament may ayının anomal şaxtaları ilə əlaqədar federal fövqəladə rejim tətbiq etməyi planlaşdırır. Belə ki, 900 min hektar sahədə əkinlər aparılmalıdır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB