“Rusiya Talibanla tam hüquqlu əlaqələr qurmağa yaxındır”

Rusiyanın TASS xəbər agentliyinə açıqlamasında Talibanın “Qadağan olunmuş terror təşkilatları” siyahısından çıxarılmasının mümkünlüyünü dəyərləndirən D.Medvedev deyib ...

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Əfqanıstana nəzarət edən Talibanla tam hüquqlu əlaqələr qurmağa yaxın olduqlarını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, TASS xəbər agentliyinə açıqlamasında Talibanın “Qadağan olunmuş terror təşkilatları” siyahısından çıxarılmasının mümkünlüyünü dəyərləndirən D.Medvedev deyib: "21-ci əsrin əvvəllərində biz Talibanı terrorçu, amerikalıları isə ekstremizmə qarşı mübarizədə tərəfdaş kimi görürdük. İndi vəziyyət fərqlidir. Taliban hakimiyyətdədir və biz tam hüquqlu münasibətlər qurmağa çox yaxınıq. Rusiya Əfqanıstan hökumətilə konstruktiv dialoqu davam etdirir”.

Xatırladaq ki, Taliban 2003-cü ildə Rusiya Ali Məhkəməsinin qərarı ilə “Qadağan olunmuş terror təşkilatları” siyahısına salınıb.

Rusiya Prezident Aparatının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov yaxınlarda bildirib ki, Əfqanıstan Ədliyyə və Xarici işlər nazirlikləri rəsmi Kremlə Talibanı “Qadağan olunmuş terror təşkilatları” siyahısından çıxarmağı təklif ediblər.

Rusiya Xarici işlər naziri Sergey Lavrov da bəyan edib ki, Taliban Əfqanıstanda əsl gücdür.

Bütün xəbərlər Facebook səhifəmizdə