Hindistanda ölənlərin sayı 27-ə çatıb

Hindistanda ölənlərin sayı 27-ə çatıb

Hindistanın Mizoram əyalətində güclü “Remal” siklonu səbəbindən ölənlərin sayı artıb. SİA “Hindustan Times”a istinadən xəbər verir ki, baş verən torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 27-yə çatıb

Daha əvvəl Mizoram ştatındakı karxanalardan birində baş verən çökmə və sürüşmə nəticəsində azı 15 nəfərin həlak oluduğu bildirilirdi.

Hindistan Meteorologiya İdarəsindən bildirilib ki, sürəti saatda 125 km/saat-a çatan küləkdən sonra leysan yağış yağıb.

Güclü yağış və külək evlərə ziyan vurub, bir çox kənd yerlə-yeksan edilib, elektrik dirəkləri aşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə