Erməni multipleksində “Birinci Kanal”ın yayımı dayandırılıb

Erməni multipleksində “Birinci Kanal”ın yayımı dayandırılıb

Ermənistan multipleksində “Birinci Kanal”ın yayımı dayandırılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə respublikanın yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan bildirib.

Jurnalistlər nazirdən Rusiya telekanalının yayımının hansı əsasla dayandırıldığını soruşublar.

“Armenpress” xəbər verir ki, Ayrapetyanın sözlərinə görə, kanalın ictimai multipleksdə yayımı iki ay yarım ərzində yığılan borc tam ödənilənə qədər müvəqqəti olaraq dayandırılıb.

Xatırladaq ki, martın sonunda Ermənistan “RTR-Planeta” telekanalında ictimai multipleksdə yayımlanan “Vladimir Solovyovla axşam” və “Vladimir Solovyovla bazar günü axşamı” orijinal verilişlərinin nümayişini qadağan edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə