Ruslar şimalda yeni cəbhə açmaq istəyirlər

Moskva yeni hücuma hazırlaşır

Ruslar şimalda Ukraynaya qarşı yeni bir cəbhə açıb bu cəbhə vasitəsilə millətin atəş gücünü, şəxsi heyətini və ümumiyyətlə bütün xalqı məhv etmək üçün işə salmaq istəyirlər.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Reuters agentliyinə müsahibəsində Ukraynanın müdafiə naziri Rustem Umerov deyib.

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin şimal-şərqində cəbhəni sabitləşdirməyə nail olsa da, ukraynalı rəsmi Moskvanın yeni hücuma hazırlaşdığını da istisna etmir.

...Onların məqsədi şimalda yeni cəbhə açmaqdır ki, bütün canlı qüvvəsini, atəş güclərini bizə qarşı işə salsınlar. Onlar Ukrayna xalqını məhv etmək məqsədi ilə davam edirlər.

Bunu deyən Umerov, qeyd edib ki, Ukrayna buna tab gətirə bilər, lakin onun daha çox silaha ehtiyacı var.

...Bizə daha çox atəş gücü lazımdır, rusların dövlətimizə soxulmasının qarşısını almaq üçün bizə uzaqmənzilli raketlər lazımdır.

Necə deyərlər, həmən dalğa, həmən kordinat..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə