...Vaşinqton Gürcüstan parlamentinin xarici agentlər haqqında qəbul etdiyi qanunun ölkənin Avropaya inteqrasiyasına mane olacağını bildirib. Bundan əlavə, hazırda respublika ilə ABŞ arasında münasibətlər sual altındadır.
SİA TASS-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin mövqeyini departamentin mətbuat katibi Metyu Miller səsləndirib.
O xatırladıb ki, Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin qoyduğu qanunun vetosunu keçib.
Miller hesab edir ki, “Gürcü arzusu” partiyası bununla da gürcü xalqının Avro-Atlantik istəklərinə məhəl qoymayıb. Diplomat əlavə edib ki, partiya tərəfdarlarının anti-Qərb bəyanatları Gürcüstanın iqtisadi təhlükəsizliyini təhdid edir.
Yeri gəlmişkən, xatırladaq ki, ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Gürcüstanda demokratik prosedurlara və institutlara xələl gətirənlərə qarşı viza məhdudiyyəti tətbiq edəcəyi ilə hədələmişdi.
Buna cavab olaraq partiya nümayəndələri bunu suveren dövlətin işlərinə müdaxilə adlandırıblar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB