Bu gün Ukraynada kişilər kəskin şəkildə azdır…

Hazırda bu ölkədə münaqişənin ilk günlərindəki könüllük şövqü artıq səngiyib...
Bu gün Ukraynada kişilər kəskin şəkildə azdır…

...Qorxulu olan hətta səfərbərliyin özü deyil, prosesdir. Mən narahatam ki, bir gün məni küçədə tutub avtobusa basacaqlar və harasa aparacaqlar. Telefonumu alıb söndürəcəklər və mənim dünya ilə əlaqəm kəsiləcək.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu siravi Ukrayna vətəndaşı deyir.

…Uniformalı insanları görəndə panikaya başlayırsan. Düşünməyə başlayırsan ki, indi kimsə səni iradənin əleyhinə səfərbər edəcək.

Bunu isə təhlükəsizlik səbəbi ilə adını açıqlamamağa üstünlük verən 25 yaşlı Kiyevli vəkil “NBC”-yə müsahibəsində bildirib.

Bütün bunlar bu günün reallıqlarıdır. Belə ki, yeni əsgərlərə ehtiyacı olan Kiyev orduya cəlb olunma imkanlarını genişləndirməyə çalışır.

“NBC”-yə görə, bəzi ukraynalılar amansız döyüşlərdən və artan səfərbərlikdən narahat olaraq, hərbi xidmətdən yayınmağa çalışırlar.

Bu gün sosial şəbəkələrdə ukraynalı mülki şəxslərlə hərbi komissarlıq işçiləri arasında şəhər küçələrində və ölkə boyu ictimai yerlərdə toqquşmaları əks etdirən videolar da belə qorxulara səbəb olub.

Bu arada, Zelenski hökuməti hərbi yaşda olan kişiləri təkcə ölkə daxilində deyil, həm də onun hüdudlarından kənarda izləməyə çalışır.

Yeri gəlmişkən telekanal xaricdə hərbi xidmətdən gizlənən ukraynalılarla da söhbət edib.

Məsələn onlardan biri yalnız öz ailəsinin rifahı üçün məsuliyyət hiss etdiyini, ona görə də vətəninə qayıtmaq və Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmaq fikrində olmadığını bildirib.

Digəri isə NBC-yə məhz səfərbərlikdən qorxduğu üçün Ukraynanı tərk etdiyini etiraf edib.

Yeri gəlmişkən, bu gün Ukraynada kişilər kəskin şəkildə azdır. Ondan əlavə, münaqişənin ilk günlərindəki könüllük şövqü artıq səngiyib.

…Və indi kadr çatışmazlığı ölkənin taleyini həll edə biləcək problemdir, hətta Qərbin dəstəyini qoruyub saxlaya bilsə belə.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə