Sərxoş şəxs Polşa prezidentinin kortejinə fişəng atıb

Sərxoş şəxs Polşa prezidentinin kortejinə fişəng atıb

Polşada Polşa prezidenti Anjey Dudanın kortejinə fişəng atıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RMF FM radiostansiyası yayıb.

Cinayətkarın sərxoş olduğu qeyd edilir. Fövqəladə hadisə ötən gecə ölkənin mərkəzində baş verib.

Duda Böyük Polşa Voyevodalığından qayıdırmış. Kşevata şəhərində yerli sakin prezident maşınlarına tərəf partlayıcı əşya atıb.

KİV-in məlumatına görə, partlayış olub. Lakin kortej gecikmədən Varşavaya doğru yol alıb. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları polisə məlumat veriblər. Və cinayətkar tezliklə həbs edilib.

Məlum olub ki, 39 yaşlı kişi sərxoş olub. Onun sözlərinə görə, o, quşlara fişəng atıb onları qorxutmaq istəyib.

Polyak ayıldıqdan sonra dindiriləcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə